
İspaniyanın “Real Madrid” klubu La Liqada XXXV turun “Barselona”ya 3:4 hesabı ilə uduzduğu qarşılaşmada zədələnən futbolçuları Vinisius Junior və Lukas Vaskesin zədələri ilə bağlı məlumat yayıb.
Sportnet.az xəbər verir ki, braziliyalı Juniorun sol topuq bağlarında dartılma aşkarlanıb.
İspaniyalı Vaskesin isə tibbi müayinədən sonra sol bud əzələsində zədələnmə müəyyən edilib.
Hər iki futbolçunun vəziyyətini Madrid klubunun tibbi heyəti nəzarətdə saxlayacaq.
Qeyd edək ki, 35 turdan sonra “Real Madrid” La Liqanın turnir cədvəlində 75 xalla ikinci yerdə qərarlaşıb. “Barselona” isə bu qələbə ilə xallarını 82-yə çatdıraraq “kral klubu” ilə fərqi 7-yə yüksəldib.