
İtaliyanın "Cenoa" klubu baş məşqçisi Patrik Vieyra ilə mövsümün sonunda yolları ayırmaq qərarına gəlib.
Sportnet.az “Football Italia”ya istinadən xəbər verir ki, klub rəhbərliyi Paulu Souzanın xidmətində maraqlıdır.
"Cenoa" turnir cədvəlinin ortalarında yer alsa da, rəhbərliyin dəyişiklik etmək niyyətində olduğu bildirilib.
Qeyd edək ki, hazırda BƏƏ-də "Şabab Əl-Əhli”ni çalışdıran P.Souza əvvəllər İtaliyada “Fiorentina” və “Salernitana”nın baş məşqçisi olub.