
Türkiyəli biznesmen Acun İlıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" klubunda baş məşqçi Ruben Sellesin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Sportnet.az xəbər verir ki, Ilıcalı ispaniyalı mütəxəssisin taleyi ilə bağlı yekun qərarı vermək üçün İstanbulda idman direktoru Cared Dublin, idarə heyətinin üzvü Mustafa Yokeş və transfer komitəsinin sədri Martin Hodc ilə görüşəcək.
“Hall Siti”nin vaxt itirmədən Sellesin gələcəyinə aydınlıq gətirəcəyi və transfer əməliyyatlarına başlayacağı bildirilir.
İngiltərə mətbuatı Acun Ilıcalının "Eyüpsor"un baş məşqçisi Arda Turanla əlaqə saxladığını, lakin razılaşmanın əldə olmadığını iddia edib.
Bu mövsüm "Hall Siti" İngiltərənin səviyyəcə ikinci liqası sayılan Çempionşipdə 24 komanda arasında 21 xal toplayaraq, yerini qoruyub.
Qeyd edək ki, Arda Turanın Ukraynanın "Şaxtyor Donetsk" klubu ilə anlaşdığı bildirilir. Ruben Selles isə daha əvvəl Azərbaycanda "Neftçi" və "Qarabağ" komandalarında köməkçi-məşq vəzifəsində işləyib.