
"Əlimdən gələni etmişəm".
Sportnet.az xəbər verir ki, bunu İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti komandadan mümkün gedişi ilə bağlı danışarkən deyib.
İtaliyalı mütəxəssis "kral klubu"nda əla vaxt keçirdiyini söyləyib: "Hər dəfə "Santyaqo Bernabeu"da ehtiyat oyunçular skamyasında oturmaq əvvəlki kimi xüsusi bir şeydir. Klubdan rahatlıq və əmin-amanlıqla ayrılacağam. Burada əla vaxt keçirdim. Futbol heç vaxt bitmir. Olduğum bütün komandalar həmişə son saniyəyə qədər qalib gəlməyə çalışacaq".
Qeyd edək ki, Karlo Ançelotti bir müddət öncə Braziliya milli komandası ilə müqavilə bağlayıb. Onu "Real Madrid"də Almaniyanın "Bayer Leverkusen" klubunun baş məşqçisi Xabi Alonsonun əvəzləyəcəyi gözlənilir.