
Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" komandasının baş məşqçisi Amit Quluzadə cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, bununla bağlı qərarı AFFA İntizam Komitəsi qəbul edib.
Gənc mütəxəssis I Liqada XXVI turun “Karvan”la səfər matçı bitdikdən sonra hakimləri təhqir edib. Buna görə də Quluzadə 5 oyunluq diskvalifikasiya olunub, “Qaradağ Lökbatan” klubu 400 manat cərimələnib.
Yerli komanda daha 70 manat cəriməni 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.
“Karvan” klubu isə görüş zamanı Əsasnamənin tələbləri pozulduğuna görə 50 manat, matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün 80 manat cərimə edilib.