
"Liverpul"un baş məşqçisi Arne Slot müdafiəçi Trent Aleksander-Arnoldun klubdan ayrılması haqda danışıb .
Sportnet.az xəbər verir ki, daha əvvəl 26 yaşlı futbolçu mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. O, karyerasını "Real"da davam etdirəcək.
Slot isə deyib: “O, hər halda ayrılır. Niyə də olmasın?! Bəlkə də bu, Xabi Alonsoya ilk hədiyyəm olacaq…
Onun məşqdəki hər dəqiqəsindən tam razı deyildim.
Məncə, müəyyən məqamlarda Trent daha çox şey edə bilərdi. Mən ona dedim ki, insanların düşündüyündən qat-qat yaxşı müdafiəçidir. Lakin Trent bunu həmişə göstərmir”.
Qeyd edək ki, Trent "Liverpul" akademiyasının yetirməsidir. O, 2016-cı ildən əsas komandada çıxış edir.
Xatırladaq ki, Karlo Ançelotti "Real"ın baş məşqçi vəzifəsindən ayrılıb. Komandaya "Bayer"in çalışdırıcısı Xabi Alonso rəhbərlik edəcək.