
İtaliya təmsilçisi "İnter"in iki futbolçusu - Benjamen Pavar və Piotr Zielinski zədələnərək sıradan çıxıblar.
Sportnet.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, hər iki oyunçu A Seriyasının XXXVIII turunda "Komo"ya qarşı keçirilən matçda meydana çıxa bilməyib.
Lakin adıçəkilən futbolçuların PSJ-yə (Fransa) qarşı UEFA Çempionlar Liqasının final görüşünə qədər sağalacağı gözlənilir.
Qeyd edək ki, PSJ - "İnter" qarşılaşması mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.