
Daha əvvəl İngiltərənin "Mançester Siti" klubundan ayrılacağını açıqlayan Kevin De Bruyne İtaliyanın "Napoli" komandasına keçməyə razılaşıb.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Neapol təmsilçisi gələn həftənin əvvəlində 33 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlamaq niyyətindədir.
Bu, De Bruynenin “Mançester Siti”dəki son oyununun ardından baş verəcək.
Qeyd olunur ki, tərəflər arasında imza bonusu da daxil olmaqla, ümumilikdə 27 milyon avro maaşı nəzərdə tutan 3 illik müqavilə razılaşdırılıb.
Xatırladaq ki, Kevin De Bruyne cari mövsüm ərzində keçirdiyi 38 oyunda 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Belçikalı futbolçunun "şəhərlilər"lə müqaviləsi iyunun 30-dəkdir.