
"Niderlanda qayıtdığım üçün çox şadam".
Teleqraf xəbər verir ki, bunu "Volendam"la 1+1 illik müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü klubun rəsmi saytına açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi Eredivizidə əla mövsüm keçirmək üçün hər şeyini verməyə hazır olduğunu vurğulayıb: "Tezliklə "Kras" stadionunda görüşənədək".
Klubun texniki direktoru Patrik Basbi isə ilk transferlərindən razılığını bildirib: "İlk transferimiz Ozanla gerçəkləşdi. Ötən mövsüm o, bizimlə Erstdivizidə birgə çıxış etmiş "Eyndhoven"də idi, sonra isə xaricdə macəranı seçdi. Şadıq ki, Ozan indi bizi seçdi. O, Finlandiya HİK-ində həm oyunçu, həm də insan kimi zəngin beynəlxalq təcrübə toplayıb. Kökçü qol vurmaq, yaxşı ötürmə vermək, ayaqla zərbə endirmək və asma etmək xüsusiyyətinə malikdir. Ozan hücumda və yarımmüdafiədə, habelə sol vinger mövqeyində oynaya bilər".
Qeyd edək ki, Ozan Can Kökçü "Volendam"a azad agent kimi keçib.