
İspaniyanın "Real Madrid" klubunun gənclərdən ibarət komandası "Kastilya"ya baş məşqçi təyinatı olub.
Sportnet.az xəbər verir ki, bu vəzifə "kral klubu"nun keçmiş futbolçusu Alvaro Arbeloaya həavlə olunub.
42 yaşlı mütəxəssis komandadan ayrılan Raul Qonsalesi əvəzləyib.
Qeyd edək ki, Alvaro Arbeloa karyerasını bitirdikdən sonra "Real Madrid" sistemində çalışıb. O, son illərdə U-19 komandasına rəhbərlik edib.