
"Şamaxı" futbolçusu Alfons Msanqa Mabula ilə müqavilə müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, bu barədə "şirlər"in mətbuat xidməti məlumat yayıb.
Tanzaniyalı yarımmüdafiəçi ilə müqavilə 1 il müddətinə uzadılıb.
Qeyd edək ki, Alfons Msanqa Mabula cari ilin yanvar ayından "Şamaxı"da çıxış edir.