
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" Brahim Konateni heyətinə qatıb.
Fransalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Oser”, “Nor”, İspaniyanın “Fuenlabrada”, “Rayo Mayadahonda”, Litvanın “Kauno Jalgris” və İsrailin “Hapoel”(Afula) klublarında çıxış edib.
Qeyd edək ki, Brahim Konate son olaraq “Şamaxı”nın şərəfini qoruyub.