Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final oyunları keçiriləcək.

 

Sportnet.az xəbər verir ki, Azərbaycan millisi saat 20:30-da İngiltərə ilə üz-üzə gələcək.

 

Hər iki komanda bu mərhələyədək oxşar yol keçib.

 

Azərbaycan A qrupunu, İngiltərə isə C qrupunu 7 xalla lider kimi başa vurub. Hər iki kollektiv 1/8 finalda əsas vaxtda qalib gələ bilməyib. Azərbaycan Rumıniyanı penaltilər seriyasında 2:1 (əsas vaxt - 1:1), İngiltərə Bolqarıstanı 3:1 (əsas vaxt - 2:2) hesablı qələbə ilə üstələyib.

 

Azərbaycan - İngiltərə matçının qalibi yarımfinalda Monteneqro - Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək.

 

Dünya çempionatı

1/4 final

29 may

17:30. Macarıstan - Mavritaniya
19:00. Monteneqro - Çexiya
20:30. İngiltərə - Azərbaycan
22:00. Bosniya və Herseqovina - Serbiya

 

Qeyd edək ki, yarımfinal qarşılaşmaları mayın 30-da, 3-cü yer uğrunda və final oyunları isə iyunun 1-də olacaq.