
İtaliyanın “Milan” klubuna yeni baş məşqçi təyin edilib.
Sportnet.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
"Rossoneri” Massimiliano Alleqrinin komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib. Daha əvvəl KİV-də “Milan”nin ona iki illik müqavilə təklif etdiyi bildirilmişdi. Mütəxəssisin illik maaşı 5 milyon avroya çata bilər. Əlavə olaraq bonus ödənişləri də nəzərdə tutulur. “Klub Massimiliano və onun əməkdaşlarını səmimi şəkildə salamlayır və onlara uğurlar arzulayır”, — deyə klubun rəsmi saytında yerləşdirilən press-relizdə qeyd olunub.
Alleqri 2010–2014-cü illərdə də “rossoneri”nin baş məşqçisi olub. Onun rəhbərliyi altında “Milan” 2010/2011 mövsümündə İtaliya çempionu olub və İtaliya Superkubokunu qazanıb. 57 yaşlı mütəxəssisin son iş yeri 2021–2024-cü illər arasında çalışdığı “Yuventus” klubu olub.