
Azərbaycan yığma komandası Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, yığma 1/2 finalda Monteneqro seçməsini 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan komandası finalda Macarıstan - Serbiya cütünün qalibi ilə üz-üzə gələcək. Görüş bu gün 21:30-da keçiriləcək.
Qeyd edək ki, final matçı iyunun 1-də baş tutacaq.