
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi olub.
Oyun Aqil Nəbiyevin baş məşqçi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qolu 28-ci dəqiqədə, Nicat Kərimov vurub. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.
Növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.