
1962-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilmiş Yozef Masopust vəfat edib. Sportnet.az-ın məlumatına görə, Çexiya futbolunun ən yaxşılarından olmuş mərhum 84 yaşına dünyasını dəyişib.
O, uzun zaman imiş xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Masopust Çexiya millisinin heyətində 1960-ci ildə Avropa çempionatının bürünc,1962-ci ildə isə dünya çempionatının gümüş mükafatçısı olub.