
Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Tsele" klubu futbolçusu Alyoşa Matkonu satıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Macarıstanın “Uypeşt” komandasına keçib.
Matko 2022-ci ildən "Tsele"də çıxış edirdi. O, meydana çıxdığı 122 oyunda 51 qol və 16 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Sabah" “Tsele”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.