
İtaliyalı mütəxəssis Davide Ançelotti Braziliyanın "Botafoqo" klubunun yeni baş məşqçisi olacaq.
Sportnet.az-ın xəbərinə görə, bu barədə tanınmış jurnalist Nikolo Skira məlumat yayıb.
O bildirib ki, tərəflər 35 yaşlı mütəxəssislə müqaviləni razılaşdırıblar. Sözləşmə 2026-cı ilin dekabrınadək qüvvədə olacaq.
Qeyd edək ki, Davide Ançelotti Braziliya yığmasının baş məşqçisi Karlo Ançelottinin oğludur. İyunun 6-dan o, yığmanın məşqçilər heyətindədir. Bunadək D.Ançelotti Fransanın PSJ, Almaniyanın "Bavariya", İngiltərənin "Everton", İtaliyanın "Napoli" və İspaniyanın "Real Madrid" komandalarında atası ilə birlikdə çalışıb.