
Azərbaycan Premyer Liqasına uzun fasilədən sonra qayıdan "Karvan" klubu heyətinə yeni futbolçu qatıb.
Sportnet.az xəbər verir ki, Yevlax təmsilçisi milli komandanın sabiq üzvü Elvin Yunuszadə ilə anlaşıb.
Artıq 33 yaşlı mərkəz müdafiəçisi yeni kollektivlə ilk məşqinə də çıxıb. Bununla bağlı "Karvan" sosial şəbəkə hesabında paylaşım edib.
Klubun mətbuat katibi Bəhruz Musayev Teleqraf-a açıqlamasında məlumatı təsdiqləyib. O, təcrübəli oyunçu ilə 1 illik anlaşma əldə etdiklərini və yaxın günlərdə rəsmi məlumat yayacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, Elvin Yunuszadə ötən mövsüm "Qəbələ"nin formasını geyinib.