
“Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.
Sportnet.az xəbər verir ki, siyahıda 2 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu yer alıb.
Qeyd edək ki, “Zirə” II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 23-də 8-ci km stadionunda (“Neftçi Arena”) keçiriləcək. Oyun saat 19:30-da başlanacaq. Cavab görüşü isə iyulun 31-də “Polyud" stadionunda olacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23.00-da çalınacaq.