
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.
Sportnet.az xəbər verir ki, milli assosiasiya rəsmisi UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma iyulun 24-də Aktobe şəhərindəki Mərkəzi Stadionda baş tutacaq.