
Polşada təlim-məşq toplanışında olan "Neftçi" yerli “Termalika” komandası ilə yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, “Sportovi novini” stadionunda baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 10-cu dəqiqədə “ağ-qarala”ın yeni transferi Freddi Vargas açıb. 37-ci dəqiqədə rəqib futbolçu Tiaqo Dombroski bərabərlik qolunu vurub. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
İkinci hissənin əvvəlində Dieqo Deisadze Termalika"nı hesabda önə çıxarıb. 78-ci dəqiqədə isə Bassala Sambu yekun nəticəni müəyyənləşdirib.
Samir Abasovun kollektivi daha öncə İsrail təmsilçisi "Hapoel" (Təl-Əviv) ilə yoxlama matçında 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, "Neftçi" iyulun 27-də Yunanıstan təmsilçisi “Asteras” və avqustun 1-də Kiprin AEL klubu ilə yoxlama oyunları keçirəcək.