
“Neftçi” növbəti futbolçu transferini həyata keçirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostinlə 1+1 illik müqavilə bağlanılıb.
27 yaşlı oyunçu bunadək yalnız vətənində çıxış edib. Onun sonuncu klubu “Dinamo” (Buxarest) olub.
Kostin bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.