
Transfer çalışmaları çərçivəsində “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi polşalı qapıçı Kaçper Rosanı heyətinə qatıb.
30 yaşlı futbolçu “Kəpəz”lə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kaçper Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi "Motor" olub. Rosa 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.