
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq İrlandiya təmsilçisi “Şelburn”un Bakıda dəstəksiz qalmayacaq.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, rəqib komanda Bakıya 100-dək azarkeşlə gələcək.
Qeyd edək ki, “Qarabağ” iyulun 23-də baş tutan ilk görüşdə “Şelburn”u səfərdə 3:0 hesabı ilə məğlub edib. Tərəflər arasında cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.