
Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün cərimələr statistikası açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, ötən mövsüm ərzində orta fol sayı 12.78 olub.
Orta hesabla ən çox cərimə edən komanda "Sabah" (15.36), ən az edəni isə "Qarabağ"dır (11.59).
Futbolçularına ən çox qırmızı vərəqə göstərilən kollektiv "Araz-Naxçıvan" (4), ən çox birbaşa qırmızı vərəqə göstərilən klub isə "Neftçi" (3) olub. Ən az qırmızı vərəqə "Zirə" və "Səbail" futbolçularına göstərilib - 1.
"Şamaxı" və "Kəpəz"in üzvlərinə isə birbaşa qırmızı vərəqə təqdim olunmayıb.
Mövsüm ərzində ümumilikdə 671 sarı vərəqə göstərilibsə, bu göstəricidə lider "Turan Tovuz"dur - 77. Ən az sarı vərəqəni "Qarabağ"ın üzvləri görüb - 53.
Premyer Liqanın ötən mövsümündə ən çox qayda pozan futbolçu Giorgi Kantariya ("Şamaxı", orta hesabla 2,61 fol), ən çox qırmızı vərəqə alan futbolçu Edvin Kuç ("Neftçi", 2 qırmızı vərəqə), ən çox sarı vərəqə alan futbolçu isə Vanderson Melodur ("Araz-Naxçıvan", 11 sarı).