
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” klubu futbolçusu Əli Abdullayevlə müqaviləni yeniləyib.
Sportnet.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.
Müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Əli Abdullayev ötən mövsüm "Karvan-Yevlax"ın heyətində 25 oyun keçirib.