
Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Turan Tovuz" sonuncu yoxlama matçını keçirib.
Sportnet.az xəbər verir ki, Kurban Berdıyevin kollektivi Mərakeşin "Vidad" komandasına məğlub olub - 0:1.
Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışı keçən "bozqurdlar" ilk yoxlama matçında yerli "Çorum" ilə 1:1 hesablı, I Liqa təmsilçisi "Keçiörengücü" ilə 0:0 hesablı heç-heçə edib. Azərbaycan Premyer Liqa təmsilçisi İranın "Traktor" klubu ilə də yoldaşlıq oyunu planlaşdırsa da, bu, baş tutmayıb.