
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan-Yevlax" klubu yeni ev formasını təqdim edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Bölgə təmsilçisinin yeni geyimini "Djevo Sport" hazırlayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasına avqustun 15-də start veriləcək.