
“İmişli” yeni transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi “Baku Sporting” komamdasından Xəzər Mahmudovu heyətinə qatıb.
24 yaşlı hücumçu ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xəzər Mahmudov 2023/24 mövsümündə “İmişli”nin şərəfini qoruyub.