
Masallıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turnirinin püşk atma mərasimi keçirilib.
Sportnet.az-ın Cənub bürosu xəbər verir ki, AFFA və Masallı Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək turnir 15-24 avqust tarixlərini əhatə edəcək. Yarışda səkkiz komanda – “Vətən 44”, “Binə Xocavar”, “Viləş”, “İsgəndərli”, “Seybətin”, “Gənclər”, ikinci “Viləş” komandası və “Banbaşı” iştirak edəcək.
A qrupu üzrə ilk oyun 15 avqust saat 19:00-da “Binə Xocavar” və “Vətən 44” komandaları arasında, saat 20:00-da isə “Ərkivan” və “İsgəndərli” komandaları arasında keçiriləcək.
Oyunlar Masallıdakı Viləş Mini Stadionunda baş tutacaq.