
Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək "Zirə" - "Araz-Naxçıvan” oyununun vaxtı dəyişdirilib.
Sportnet.az xəbər verir ki, bununla bağlı Muxtar Respublika təmsilçisi Peşəkar Futbol Liqasına müraciət edib.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komanda Vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq.
Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” ilə 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə keçirilməsini xahiş edib.
“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası “Zirə” – “Araz Naxçıvan” qarşılaşmasının 19 avqust saat 20:00-da Zirə İK stadionunda start götürməsinə qərar verib.