
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Teleqraf xəbər verir ki, Türkiyənin “Fənərbağça” komandası evdə Niderland “Feyenoord”u ilə üz-üzə gəlib.
1:2 hesablı səfər məğlubiyyətinin revanşında İstanbul təmsilçisi daha üstün olub - 5:2. Nəticədə Joze Mourinyonun baş məşqçi olduğu kollektiv Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Qrupa gedən yolda son rəqib Portuqaliya "Benfika"sı olacaq. Lissabon komandası III təsnifat mərhələsində Fransa "Nitsa"sını üstələyib - 2:0, 2:0.
Gecənin sensasiyasına isə daha bir türk klubu - Qazaxıstan "Kayrat"ı imza atıb. Almatı təmsilçisi evdə minimal hesabla yendiyi Slovakiyanın "Slovan Bratislava" komandasına səfərdə eyni hesabla uduzsa da, penaltilər seriyasında daha dəqiq olub. Nəticədə "Kayrat" tarixində ilk dəfə adını Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb. Bu turnirin Liqa mərhələsinə vəsiqə qazanmaq üçün isə Şotlandiya "Seltik"ini üstələmək lazımdır.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
12 avqust
20:00. "Qarabağ" (Azərbaycan) – "Şkendiya" (Şimali Makedoniya) - 5:1
İlk oyun - 1:0
21:00. "Kopenhagen" (Danimarka) – "Malmö" (İsveç) - 5:0
İlk oyun - 0:0
21:00. "Fənərbağça" (Türkiyə) – "Feyenoord" (Niderland) - 5:2
İlk oyun - 1:2
21:00. "Pafos" (Kipr) – "Dinamo Kiyev" (Ukrayna) - 2:0
İlk oyun - 1:0
21:00. "Viktoriya Plzen" (Çexiya) – "Reyncers" (Şotlandiya) - 2:1
İlk oyun - 0:3
21:30. "Brügge" (Belçika) – "Zalsburq" (Avstriya) - 3:2
İlk oyun - 1:0
22:15. "Ferentsvaroş" (Macarıstan) – "Lüdoqorets" (Bolqarıstan) - 3:0
İlk oyun - 0:0
22:15. "Slovan Bratislava" (Slovakiya) – "Kayrat" (Qazaxıstan) - 1:0 (penaltilərlə - 3:4)
İlk oyun - 0:1
23:00. "Benfika" (Portuqaliya) – "Nitsa" (Fransa) - 2:0
İlk oyun - 2:0
23:00. "Srevna Zvezda" (Serbiya) – "Lex" (Polşa) - 1:1
İlk oyun - 3:1
Çempionlar Liqasının pley-off mərhələsində görüşəcəklər:
19 avqust
"Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)
"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Yunanıstan)
"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)
20 avqust
"Budö Qlimt" (Norveç) - "Şturm Qrats" (Avstriya)
"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)
"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)
"Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya)
Cavab görüşləri 26-27 avqustda keçiriləcək.