
"Qarabağ"ın UEFA Çempionlar Liqasında Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi pley-off matçlarının başlama saatları açıqlanıb.
Sportnet.az Budapeşt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 19-da "Groupama Arena"da təşkil olunacaq ilk oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşma saat 20:45-də başlanacaq.
Qeyd edək ki, "Qarabağ"ın pley-off mərhələsinədək ev oyunlarının start fiti saat 20:00-da çalınıb.