
Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Qabor Salai UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı məğlub edəcəklərinə inanır.
Sportnet.az xəbər verir ki, 25 yaşlı müdafiəçi bu barədə Bolqarıstanın "Ludoqorets" klubunu 3:0 hesabı ilə məğlub etdikləri III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
Salai hədəflərinin Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib: "Avropa Liqasının əsas mərhələsinə vəsiqəni artıq təmin etmişik, bu, mühümdür, lakin bununla da dayanmaq istəmirik. “Qarabağ” bizə tanış rəqibdir. Onları bu turnirdən kənarlaşdırmaq istəyirik".
Qeyd edək ki, “Qarabağ” "Ferentsvaroş"la ilk matçını 19 avqustda səfərdə, cavab görüşünü isə 27 avqustda evdə keçirəcək.