
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda “Sumqayıt”dan Sənan Muradlını icarə əsasında heyətinə qatıb.
19 yaşlı müdafiəçi növbəti mövsümü “Şamaxı”da keçirəcək.