
AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasında çıxış edən klubların rəsmiləri ilə 2025/2026-cı illər mövsümündə tətbiq ediləcək yeni oyun qaydaları ilə bağlı görüş keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Hakimlər Komitəsinin sədri Frank De Bleker və Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev iştirak ediblər.
Onlar komanda üzvlərinə qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.