
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, “kimyaçılar” fransalı müdafiəçi İmani Barker ilə 4 illik müqavilə imzalayıb.
22 yaşlı oyunçu mövsümün sonuna qədər “Karvan-Yevlax” klubuna icarəyə verilib.
Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resende ilə gücləndirib.