
"Bir azarkeş kimi deyə bilmərəm ki, milli komandamızın oyunundan məmnun qalırıq".
Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov ASAN TV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan klublarının çıxışları sevindiricidir: "Klublarımız bizi sevindirirlər. Burada inkişaf var. Onları avrokuboklardakı son nailiyyətləri münasibətilə təbrik edirəm".
Nazir AFFA və klublarla bərabər futbolun inkişafı istiqamətində çalışdıqlarını əlavə edib: "Ümidlər var, hamımız bundan ötrü çalışırıq. İstəyirik ki, azarkeşlərimiz sevinsinlər. Çətinliklər varsa, o barədə danışmaq və həll yollarını axtarmaq lazımdır".