
Kapitan olacağımı gözləmirdim.
Sportnet.az xəbər verir ki, “Sumqayıt” klubunun kapitanı kapitanlıq məsuliyyətindən, komandanın son oyundakı çıxışından və gələcək hədəflərindən söz açıb.
Ötən mövsüm Vüqar Mustafayev, Elvin Bədəlov və Murad Xaçayevdən sonra dördüncü kapitan idim. "Sumqayıt"ın yetirməsiyəm, əsas kapitanlıq mənim üçün fəxrdir. Necə deyərlər, Sumqayıtda yetişmişəm, bu klubda böyümüşəm və indi bu klubun kapitanıyam. Oyunda da göründü ki, vuruşurduq, qalibiyyət üçün meydana çıxmışdıq və 3 xalı biz qazandıq. Buna görə sevinirəm.
– Baş məşqçi ilk hissədə komandanın çox parlaq oynadığını, ikinci hissədən isə narazı qaldığını bildirdi. Bunu nəyə bağlayırsınız?
– Məncə, hesabın rahatçılığı oldu. Bu, olmamalı idi. Çox qol vuran komanda olmamışıq keçən mövsüm. Sonradan əgər bir qol buraxsaydıq, bu bizə problem yarada bilərdi.
– Növbəti tur “Qarabağ”la oynayacaqsınız. Bugünkü qələbənin təsadüfi olmadığını sübut edə biləcəksinizmi?
– “Qarabağ”ı hamı tanıyır, çempionatımızın ən güclü rəqibidir. Kimlə oynamağından asılı olmayaraq, istər ikinci heyət, istər əsas heyət – fərq etmir, yenə də bizim üçün çətin olacaq. Amma biz ora məğlubiyyət üçün getməyəcəyik, vuruşacağıq, inşallah qalib gələcəyik.
– Rüfət Xorvatiyaya yollandı və bu gün debüt etdi. Onun yolunu davam etdirmək fikriniz varmı?
– Yaxşı bir təklif olsa, dəyərləndirəcəyəm. Amma konkret bir təklif olmayıb, sadəcə söz-söhbətlər vardı.
– “Sabah”la danışıqlar apardığınız deyilirdi. Belə bir söhbət olubmu?
– Xeyr.
– Rüfət bu gün debüt etdi. Debütünün ləngiməsinə səbəb nə idi?
– Rüfət komandaya gec qoşulmuşdu. Avrokubokda heyətə yazılmamışdı, çatdıra bilmədilər. Komandaya gec qoşulduğuna görə məşqlərə də gec başlamışdı. Keçən oyunda meydana çıxacaqdı, sadəcə, stoperlərdən biri 16-cı dəqiqədə qırmızı vərəqə aldı, ona görə meydana girə bilmədi. Amma bundan sonra hər oyunda onu meydanda görəcəyik.
– Çempionatda Rüfətin hədəfləri nədir?
– Bu barədə danışmamışam. Amma keçən il 4-cü yeri tutmuşdular, yəqin ki, ən azı həmin nəticəni təkrarlamaq istəyəcəklər.
– Necə düşünürsünüz, ona bizim çempionat komandalarından təklif olmadı, yoxsa özü xaricdə oynamaq istədi?
– Xaricdə oynayan futbolçularımız çox azdır. Rüfətin gedib orada yaxşı çıxış etməsi bəlkə də bizə yol açacaq. Onlar bizi, ölkəmizi təmsil edirlər.
– Əvvəldən Rüfətlə maraqlanırdılar?
Sonuncu yeri tutan komandada çıxış etməsi tərəddüd yaratmadı?
– Sırf o klub əvvəldən məşqçinin dediyi kimi onunla maraqlanırdı.