
Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu "Zirə" və "Araz-Naxçıvan" arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Zirə İdman Kompleksində təşkil olunmuş oyunda qalib müəyyənləşməyib - 1:1.
Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin legioneri İssa Cibrila rəqib müdafiəçilərinin səhvindən sonra açsa da, 65-ci dəqiqədə Bəxtiyar Həsənalızadə künc zərbəsindən sonra bərabərlik qolunu vurub.
Beləliklə, ilk turda üçüncü 1:1 hesablı nəticə qeydə alınıb. Daha əvvəl "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" oyunları da eyni hesabla yekunlaşıb. "Turan Tovuz" səfərdə "İmişli"ni 1:0, Sumqayıt" evdə "Kəpəz"i 3:0 hesabı ilə yenib.
-----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək.
Ötən mövsümün gümüş və bürünc medalçılarının qarşıdurması 20:00-da start götürəcək. Matçı Rəvan Həmzəzadə idarə edəcək.
Azərbaycan Premyer Liqası
I tur
19 avqust (çərşənbə axşamı)
20:00. “Zirə” - “Araz-Naxçıvan” - 1:1
Qol: İssa Cibrila, 45+1 - Bəxtiyar Həsənalızadə, 65
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
Əvvəlki oyunlar
15 avqust (cümə)
“Karvan” - “Qəbələ” - 1:1
16 avqust (şənbə)
“Neftçi” - “Şamaxı” - 1:1
“İmişli” - “Turan Tovuz” - 0:1
17 avqust (bazar)
“Sumqayıt” - “Kəpəz” - 3:0
Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.
№ Klublar |
O |
Q |
H |
M |
VQ |
BQ |
TF |
X |
1. Sumqayıt |
1 |
1 |
0 |
0 |
3 |
0 |
3 |
3 |
2. Turan Tovuz |
1 |
1 |
0 |
0 |
1 |
0 |
1 |
3 |
3. Neftçi |
1 |
0 |
1 |
0 |
1 |
1 |
0 |
1 |
4. Şamaxı |
1 |
0 |
1 |
0 |
1 |
1 |
0 |
1 |
5. Qəbələ |
1 |
0 |
1 |
0 |
1 |
1 |
0 |
1 |
6. Karvan |
1 |
0 |
1 |
0 |
1 |
1 |
0 |
1 |
7. Araz-Naxçıvan |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
8. Qarabağ |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
9. Zirə |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
10. Sabah |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
11. İmişli |
1 |
0 |
0 |
1 |
0 |
1 |
- 1 |
0 |
12. Kəpəz |
1 |
0 |
0 |
1 |
0 |
3 |
-3 |
0 |