
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 matç keçirilib.
Qarşılaşmalardan 3-ü heç-heçə ilə yekunlaşıb.
Gecənin sensasiyasına Qazaxıstan "Kayrat"ı imza atıb. Almatı təmsilçisi Şotlandiyada "Seltik"lə qolsuz bərabərliyə nail olaraq, cavab görüşü üçün üstünlük qazanıb.
Türkiyənin "Fənərbağça" komandası evdə Portuqaliya "Benfika"sını məğlub edə bilməyib - 0:0. Qonaqlar 71-ci dəqiqədə Florentinonun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Lakin say üstünlüyü də "sarı-lacivərdlilər"ə kömək etməyib.
Danimarka "Kopenhagen"i isə İsveçrədə "Bazel"lə qollu heç-heçə edib. Bu matçda meydan sahiblərinin azlıqda qalmasından skandinaviyalılar yararlana bilməyib.
Norveçdə Avropa Liqasının son mövsümünün yarımfinalçısı "Budö Qlimt" Avstriya "Şturm"unu darmadağın edib - 5:0. Bununla da "Budö Qlimt" iki oyun gününün meydan sahibləri arasında qələbə qazanmağı qazanan yeganə komanda olub.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 avqust
23:00 "Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 0:0
Qırmızı vərəqə: Florentino, 71 ("Benfika")
Qollar: Cerdan Şakiri, 14 (pen.) - Qabriel Pereyra, 45+3
Qırmızı vərəqə: Conas Acetey, 82 ("Bazel")
23:00 "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) - 0:0
23:00 "Budö Qlimt" (Norveç) - "Şturm" (Avstriya) - 5:0
Qollar: Kasper Höq, 7. Odin Byörtuft, 10. Ulrik Saltnes, 25. Hokon Evyen, 54. Uilyam Bövinq Vik, 79 (öz qapısına)
19 avqust
"Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) - 1:3
"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr) - 1:2
"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika) - 1:3
Xatırladaq ki, cavab görüşləri 26-27 avqustda təşkil olunacaq.