
Azərbaycan Premyer Liqasında II turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Zirə"ni qəbul edib.
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 16-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Nicat Əliyev açıb. Qonaq komandadan Ceyhun Əliyev isə 31-ci və 45+1-ci dəqiqədə fərqlənərək, dubl edib.
Qeyd edək ki, "Qəbələ" ilk turda "Karvan"la, "Zirə" isə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.
25 avqust (bazar ertəsi)
Azərbaycan Premyer Liqası, II tur
19:00. “Qəbələ” - “Zirə” - 1:2
Qollar: Nicat Əliyev 16 - Ceyhun Nuriyev 31; 45+1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Elşad Abdullayev
Qəbələ şəhər stadionu
22 avqust (cümə)
“Qarabağ” - “Sumqayıt” - 0:1
“İmişli” - “Neftçi” - 0:0
23 avqust (şənbə)
“Kəpəz” - “Karvan” - 2:3
24 avqust (bazar)
“Turan Tovuz ” - “Araz-Naxçıvan” - 1:2
“Şamaxı” - “Sabah” - 1:2