
Braziliyalı hücumçu Neymar Arda Turanın "Barselona"ya keçidini dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, o, İspaniya mətbuatına açıqlamasında yeni komanda yoldaşı haqda yüksək fikirdə olduğunu dilə gətirib.
O deyib: "Turan çox güclü və İspaniya çempionatında çıxış edən ən yaxşı futbolçulardandır. Onun yaxşı keyfiyyətləri var və "Barselona"ya çox xeyir verəcək".