
Azərbaycan Premyer Liqasında III turun növbəti görüşü "Neftçi" və "Turan Tovuz" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, "Neftçi Arena"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 6-cı dəqiqədə Roberto Olabe vurub. Onun zərbəsi zamanı "ağ-qaralar"ın qapıçısı Kenan Piriçin səhvi də diqqətdən yayınmayıb.
57-ci dəqiqədə isə "Neftçi"nin "Araz-Naxçıvan"dan transfer etdiyi mərkəz müdafiəçisi İqor Ribeyro "Turan Tovuz"un futbolçusu Faiq Hacıyevi vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, ilk 2 turda qələbə qazana bilməyən "Neftçi" üçüncü matçında ilk məğlubiyyətini alıb. "Turan Tovuz" isə ikinci qələbə ilə xalını 6-ya çatdırıb.
--------------------------
Azərbaycan Premyer Liqasında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Sumqayıt" və "Şamaxı" komandaları üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hər iki qol ikinci hissədə qonaq komanda futbolçuları tərəfindən vurulub. 63-cü dəqiqədə "Sumqayıt"ın yerinə yetirdiyi cərimə zərbəsindən sonra Rikardo Apolinario topu öz qapısına göndərib. Bu, cari mövsüm Premyer Liqada ilk avtoqol olub.
75-ci dəqiqədə isə meydan sahiblərinin müdafiə xəttindəki səhvindən yararlanan "Şamaxı"nın istedadlı futbolçusu Edqar Adilxanov bərabərlik qolunu vurub.
89-cu dəqiqədə Rüstəm Əhmədzadə fərqlənsə də, baş hakim Kamal Umudlu hücum zamanı ofsayd olduğunu bildirərək, yerli komandanın qolunu hesaba almayıb.
Beləliklə, "Sumqayıt" ilk qolu buraxmaqla yanaşı, ilk xal itkisi ilə də üzləşib. Hazırda Saşa İliçin baş məşqçi olduğu kollektiv 7 xalla liderliyini qoruyur.
"Şamaxı" isə ilk 3 oyunda ikinci heç-heçəyə nail olub. Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın passivində 1 məğlubiyyət də var.
-------------------------------------
Bu gün keçiriləcək 2 oyunla Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
İlk 2 turdan qalib ayrılan "Sumqayıt" nə qələbə, 1 heç-heçə, 1 məğlubiyyəti olan "Şamaxı"nı qəbul edəcək.
Qələbə üzünə həsrət "Neftçi" isə "Turan Tovuz"u sınağa çəkəcək.
İlk 2 turdan sonra "Sumqayıt" 6 xalla vahid liderdir. "Turan Tovuz" 3 xalla 6-cı, "Neftçi" 2 xalla 7-ci, "Şamaxı" 1 xalla 9-cudur.
29 avqust (cümə)
18:30. “Sumqayıt” – “Şamaxı” - 1:1
Qollar: Rikardo Apolinario, 63 - Edqar Adilxanov, 75
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:30. “Neftçi” – “Turan Tovuz” - 0:1
Qol: Filip Ozobiç 6,
Qırmızı vərəqə: İqor Ribeyro, 57
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Neftçi Arena”
Qeyd edək ki, turun qalan oyunları 30-31 avqustda keçiriləcək.