
İspaniyanın "Barselona" klubu ilk dəfə Azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə bağlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə azərbaycanlı iş adamı Adnan Əhmədzadə paylaşım edib.
"Azərbaycan futbolu üçün tarixi an. Gənc azərbaycanlı futbolçu İbrahim Babayev "Barselona"nın gənclərdən ibarət komandasına rəsmən qoşuldu. Bu hadisə onun karyerasında yeni mühüm hadisə və Azərbaycan futbolu üçün fəxrdir", - deyə Əhmədzadə yazıb.
Babayev "Barselona"nın gənclər komandasında (U17) çıxış edəcək. O, bundan əvvəl İsveçrə "Servett"ində oynayıb.
İmza mərasimində "Barselona"nın gənclərdən ibarət heyətinin direktoru Soler Ferre və məşhur ispaniyalı futbolçu Xose Ramon Aleksanko iştirak ediblər.