
Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə; "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Qəbələ"ni qəbul edib.
Görüş Naxçıvan təmsilçisinin əzmkar qələbəsi iləyekunlaşıb - 2:1.
Hesabı 9-cu dəqiqədə Adriel Ba Lua açıb. Tezliklə özünə gələn meydan sahibləri geridönüş etməyi bacarıblar. Ba-Muaka Simakala 30-cu, Felipe Santos 33-cü dəqiqədə fərqlənrərək, meydan sahiblərinə qələbə qazandırıb.
-------------------------
Azərbaycan Premyer Liqasında III turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Zirə" eyniadlı idman kompleksinin stadionunda "Kəpəz"i qəbul edib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı 13-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qolla kapitan Qismət Alıyev açıb.
33-cü dəqiqədə İssa Cibrilla fərqi artırıb. 38-ci dəqiqədə Martins Junior keçmiş komandasını cəzalandırıb.
"Zirə" qollarını fasilədən sonra da davam etdirib. 71-ci dəqiqədə yeni transfer Yeqor Boqomolski fərqlənib.
83-cü dəqiqədə isə Davit Volkov som nöqtəni qoyub.
Beləliklə, xalını 7-yə çatdıran "Zirə" "Sumqayıt"la şərikli lider olub.
Ardıcıl üçüncü məğlubiyyətini alan xalsız "Kəpəz" isə sonuncudur.
--------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında III turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar Bakının qəsəbələrində baş tutacaq.
Əvvəlcə "Zirə" eyniadlı idman kompleksinin stadionunda "Kəpəz"i sınağa çəkəcək. İlk 2 turdan sonra Rəşad Sadıqovun baş məşqçi olduğu komanda 4 xalla 5-ci yerdə gedir, xalı olmayan Gəncə təmsilçisi isə sonuncudur.
Günün son oyunu "Araz-Naxçıvan" və "Qəbələ" arasında olacaq. Hazırda Naxçıvan klubu də 4 xala malikdir və turnir cədvəlində 4-cüdür. Cəmi 1 xalı olan "Qəbələ" 9-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası, III tur
30 avqust (şənbə)
18:00. “Zirə” – “Kəpəz” - 5:0
Qollar: Qismət Alıyev, 13. İssa Cibrilla, 33. Martins juniyor, 38. Eqor Boqomoliski, 72. David Volkov, 86
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu
20:30. “Araz-Naxçıvan” – “Qəbələ”- 2:1
Qollar:Ba-Muaka Simakala, 30, Felipe Santos, 33 - Adriel Ba Loua, 9
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
“Liv Bona Dea Arena”
Xatırladaq ki, ilk oyun günündə "Sumqayıt" "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib. "Neftçi" isə evdə "Turan Tovuz"a uduzub - 0:1. Tura avqustun 31-də keçiriləcək "Karvan-Yevlax" - "Qarabağ" və "Sabah" - "İmişli" oyunları ilə yekun vurulacaq.