
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Ukrayna yığması ilə oyundan öncə mətbuat konfransı keçirməkdən imtina edib.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis jurnalistlər önünə çıxmayıb.
Əvəzində tədbirə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş məşqçinin köməkçisi Rəşad Eyyubov və futbolçu Mahir Emreli qatılıb.