
"Fərdi olaraq heç nə düşünmürük, komandada birlikdə düşünürük”.
Bunu Sportnet.az-a açıqlamasında "Şamaxı"nın qapıçısı Rukardu Fernandeş səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
Portuqaliyalı qolkiper oyunun çox ağır olduğunu bildirib: "Qəbələ” çox yaxşı komandadır. Əla seyvlər etdim, amma bunu oyunun qurtarıcısı adlandırmaq olar Komanda oyunudur, mən öz işimi görürəm, komandadakı hər kəs də öz işini edir".